Ceyms Uorlik: “Tərəflərin danışıqlar üçün daha bir şansı olacaq”
- 17.02.2015, 19:44,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar üçün daha bir şansı olacaq”.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan Xarici İşlər Nazirliyinin binasında həmsədrlərin hər hansı yeni təkliflərinin olub-olmaması ilə bağlı jurnalistlərin sualına cavabında deyib. “Hələlik bu günə heç nə yoxdur”, - deyə o, söyləyib.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir. Onlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Ermənistanın prezidenti Serj Sarkisyanla da görüş keçiriləcək. Səfər çərçivəsində vasitəçilər Dağlıq Qarabağa da gedəcəklər.