Gəncə sakini tanışını bıçaqlayaraq qaçıb

Gəncə sakini tanışını bıçaqlayaraq qaçıb Gəncədə şəxsi münasibətlər zəminində bıçaqlanma olub.


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1954-cü il təvəllüdlü İlham Əhmədov bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Polis əməkdaşlarının hadisə ilə bağlı apardıqları araşdırma zamanı məlum olub ki, taksi sürücüsü işləyən, 59 yaşlı İ. Əhmədov şəhərin mərkəzində yerləşən “Cırtdan” istirahət parkının yaxınlığında tanışı Rəsul adlı şəxslə şəxsi münasibətlər zəminində mübahisə edib və mübahisə İ. Əhmədovun bıçaqlanması ilə nəticələnib. Rəsul adlı şəxs hadisə yerindən qaçıb.


Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri