Masazırda hoteldə keçmiş arvadını öldürmüş şəxs tutulub
- 17.02.2015, 19:53,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Masazırdakı hoteldə keçmiş arvadını bıçaqlayaraq öldürmüş Biləcəri qəsəbə sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” hotelində Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş arvadı Vəfa Abdullayevaya bıçaqla xəsarət yetirib və V.Abdullayeva hadisə yerində ölüb.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.İsmayılov tutulub.