Patrik Hikki: Bakı-2015 Avropa Oyunları böyük uğur qazanacaq
- 17.02.2015, 19:56,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları böyük uğur qazanacaq və atletlərə yaxşı nəticələr göstərməyə kömək edəcək. Trend-in məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki "Euronews" telekanalına bildirib.
Onun sözlərinə görə, yay Avropa Oyunları öz növündə birinci olacaq və Asiya və Pan-Amerikan Oyunları kimi ənənəvi tədbirlərə bənzəməyəcək: "Oyuna hazırlıq plan üzrə gedir, narahatlıq üçün səbəb yoxdur. Biz hazırlığın gedişi barədə tam məlumatlıyıq, idman qurğularının tikintisi plan üzrə davam edir".
AOK prezidenti əmin olduğunu bildirib ki, hazırlıq işləri ən yaxşı nəticələrlə başa çatacaq: "Tədbirin təşkili barədə düşünəndə 10 idman növünü daxil etməyi planlaşdırırdıq, hazırda isə 20-ni nəzərdən keçiririk, 6 idman növünü qəbul etməmişik. Bütün bunlar Avropa federasiyalarının oyunlara marağını göstərir. Bu il Bakıda Olimpiya Oyunlarının standart konsepsiyası ilə müqayisədə müxtəlif əhəmiyyətli aspektlər olacaq".
P.Hikki əlavə edib ki, Avropa Oyunlarının konsepsiyası idmanda innovasiyaların irəliləyişini ehtiva edir: "Bakı Avropa Oyunları idmançılara qarşıdakı Rio-de-Janeyro və Tokio Olimpiya Oyunlarında uğur qazanmaq üçün yaxşı şans verir".