Gədəbəydə dərsdən qayıdan məktəblini avtomobil vuraraq öldürüb
- 18.02.2015, 18:56,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. Gədəbəy rayonunun Yenikənd kənd sakini, 2006-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Yasəmən Vidadi qızı Hüseynova məktəbdən evə qayıdarkən avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Məlumata görə, iki “VAZ-2107” markalı avtomobil toqquşub, onlardan biri yolun kənarına çıxaraq kənarda dayanan məktəbliyə dəyib, 9 yaşlı aldığı xəsarətdən ölüb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.