Professor auditoriyada özünü asıb
- 18.02.2015, 18:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının professoru özünü asıb.
APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, adı çəkilməyən professorun özünü elektrik naqili ilə asdığı deyilir.
Agentliyə bildirilib ki, 62 yaşlı müəllimin cəsədi fevralın 17-də səhər akademiyanın xanım əməkdaşı tərəfindən auditoriyada aşkarlanıb.
İntihar edən şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi, daimi tibbi qeydiyyatda olduğu bildirilir.