Elmar Məmmədyarov: “Ermənistan işğalçı siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq”
- 19.02.2015, 21:06,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmaq istəmir”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib:
Nazir qeyd edib ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq: “ Ermənistan hakimiyyəti ilk növbədə qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır, işğalçılıq siyasətinə son qoymalıdır".
Azərbaycanın XİN başçısı deyib ki, bu gün Gürcüstandan keçən layihələrin hamısı qlobal xarakter daşıyır: "Biz hər zaman bütün ölkələrlə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə normal əməkdaşlıq qurmaqda maraqlı olmuşuq. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti bu yolla getmək istəmir. Mən inanıram ki, gec-tez bu məsələ həll olunacaq, Ermənistanda hakimiyyətə elə adamlar gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaqlar, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar".