Azərbaycanda 27 yaşlı polis işçisi qəfildən ölüb
- 22.02.2015, 08:13,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada gənc polis əməkdaşı qəfildən dünyasını dəyişib.
APA-nın məlumatına görə, Rayon Polis Şöbəsinin pasport və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis baş-leytenantı Məhəmməd Abdullayev ürək çatışmazlığından ölüb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 yaşlı M. Abdullayev iki gün əvvəl Abşeron rayon Polis Şöbəsinə təyinat alıbmış. O, yeni təyinatı ilə əlaqədar Bakıya gedərkən qəfildən dünyasını dəyişib.