“Oskar” mükafatının növbəti sahibləri bəlli olub

Los Ancelesdə Amerika kino akademiyasının təsis etdiyi 87-ci ”Oskar” mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, ən yaxşı film nominasiyasında mükafata meksikalı rejissor Alexandro Qonsalies İnyarritunun “Berdmen” filmi layiq görülüb.

A. Qonsalesun filmi ən yaxşı rejissor işi kateqoriyasında da “Oskar”a layiq görülüb.

Kino xadimlərinin rəyinə əsasən ən yaxşı əcnəbi film nominasiyasında polşalı rejissor Pavel Pavlikovskinin “İda” filmi mükafatlandırılıb.

Mərasimdə ən yaxşı kişi aktyor “Stiven Xokinqin aləmi” filmində baş rol ifaçısı Eddi Redmeyn, ən yaxşı aktrisa isə “Hələ də Elis” filmindəki rolu ilə Culiana Mur seçilib.

Ən yaxşı sənədli film “Dördüncü vətəndaş”, ən yaxşı qısa animasiya filmi “Ziyafət”, ən yaxşı bədii animasiya filmi nominasiyasında isə “Qəhrəman altılıq” ekran əsəri müəyyənləşib.

Qeyd edək ki, “Dördüncü vətəndaş” filmi Amerika xüsusi xidmət orqanları siyasətini ifşa edən Edvard Snoudenə, “İda” filmi isə Holokost faciəsinə həsr olunub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri