Çempionlar Liqasında 1/8 final matçları keçirilib
- 25.02.2015, 09:50,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
APA-nın məlumatına görə, ötən həftə start götürən 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutub.
Bu dəfə “Böyük beşlik” çempionatlarının təmsilçiləri meydana çıxıb. Günün daha maraqlı qarşılaşması Mançesterdə reallaşıb. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda “Mançester Siti” ilə “Barselona” üz-üzə gəlib. İspaniyalılar həmin vaxt əldə etdiyi uğuru təkrarlamağa çalışıb. İngiltərə təmsilçisi isə hər iki matçda uduzmasının (0:2, 1:2) qisasını almaq niyyətində idi.
Qarşılaşmada Kataloniya klubu 1:2 hesabı ilə qalib gəlib. Luis Suaresin ilk hissədəki dublu (16 və 30-cu dəqiqə) sayəsində “Barsa” fasiləyə üstün yollanıb. Lakin “Mançester Siti” buraxılan toplardan birinin əvəzini çıxmağı bacarıb. 69-cu dəqiqə Serxio Aquero fərqlənib. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə isə Lionel Messi penaltidən yararlana bilməyib.
İtaliyada isə “Yuventus”la “Borussiya” üz-üzə gəlib. 8-ci dəfə qarşılaşan komandaların duelinin 7-sini İtaliya təmsilçisi, 2 dəfə Bundesliqa klubu qazanıb. 1 dəfə də bərabərliklə kifayətlənən tərəflərin son iki görüşündə “Borussiya” qalib gəlib. 18 il əvvələ təsadüf edən son matçdakı qələbə isə Çempionlar Liqasının finalında qeydə alınmışdı. Turinlilər həlledici görüşdəki məğlubiyyətin (1:3) qisasını almaq əzmində idi. Almaniyalılar isə çempionatdakı uğursuzluqlarını sığortalamağa çalışıb.
Bu görüşdə də azarkeşlər 3 qola şahidlik edib. Lakin bu dəfə sevinən tərəf meydan sahibləri olub – 2:1. Qapılara vurulan hə üç qol isə ilk hissədə qeydə alınıb.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
24 fevral
“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) - 1:2
Qollar: Aquero, 69 - Suares, 16; 30
“Yuventus” (İtaliya) - “Borussiya” (D. Almaniya) - 2:1
Qollar: Teves, 13, Morata, 43 - Roys, 18