Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Avropa Liqasının 1/8 final
mərhələsinin püşkü atılıb. APA-nın məlumatına
görə, UEFA-nın İsveçrənin Nyon
şəhərindəki mənzil-qərargahında
təşkil olunan tədbirdə 16 komanda 8
cütlük təşkil edib.
Ukrayna və Rusiya arasında vəziyyət
nəzərə alındığından, bu ölkələrin
klublarının qarşılaşması mümkün
olmayıb. Bu mərhələdə qonşu
Türkiyənin yeganə təmsilçisi
“Beşiktaş” da mübarizə aparacaq.
Adlı-sanlı “Liverpul”u mübarizədən
kənarlaşdıran “ağ-qaralar”ın növbəti
rəqibi Belçika təmsilçisi “Brügge”di.
İstanbullular ilk oyunu səfərdə
keçirəcək.
Püşk 1/8 finalda iki İspaniya klubu –
“Vilyarreal” və “Sevilya”nı üz-üzə
qoyub. Bundan başqa, İtaliya dueli
də yaşanacaq: “Fiorentina” “Roma”
ilə qarşılaşacaq.
Ümumiyyətlə, bu mərhələdə İtaliya
5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2,
Belçika, Türkiyə, Almaniya,
Hollandiya və İngiltərə hərəsi 1
klubla təmsil olunub.
1/8 finalın ilk oyunları martın 12-də,
cavab qarşılaşmaları 19-da
keçiriləcək.
1/8 final
“Everton” (İngiltərə) - “Dinamo” (K,
Ukrayna)
“Dnepr” (Ukrayna) -
“Ayaks” (Hollandiya)
“Zenit” (Rusiya) - “Torino” (İtaliya)
"Volfsburq" (Almaniya) -
“İnter” (İtaliya)
“Vilyarreal” (İspaniya) -
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya) - “Dinamo” (M,
Rusiya)
“Brügge” (Belçika) -
“Beşiktaş” (Türkiyə)
“Fiorentina” (İtaliya) -
“Roma” (İtaliya)
Şərhlər
İdman bölməsinin xəbərləri