Vladimir Putin Boris Nemtsovun qətlini sifariş və təxribat adlandırıb

"Rusiya prezidenti Vladimir Putinə Boris Nemtsvun qətlə yetirilməsi dərhal məruzə olunub".

APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vladimir Putin qeyd edib ki, bu ağır qətl sifariş və istisnasız olaraq təxribat xarakteri daşıyır. Dövlət başçısı İstintaq Komitəsi, Daxili İşlər Naziri və Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərinə istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətinə götürməyi tapşırıb. Rusiya prezidenti Boris Nemtsovun yaxınlarına və doğmalarına baş sağlığı verib",- deyə Dmitri Peskov bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri