Azərbaycanda məişət avadanlıqlarının satışı ilə məşğul olan iri şirkətə iş qaldırılıb
- 05.03.2015, 17:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, son günlərdə qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “ABC-Telecom” MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.
“ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.