Aygün Kazımova ölkəni tərk etməsi ilə bağlı ilk dəfə açıqlama verdi [Video]
- 29.05.2013, 17:49,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq artisti Aygün Kazımova Azərbaycanı tərk etməsi ilə bağlı ilk dəfə açıqlama verib. Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, müğənni ATV-nin “10lar” verilişinə açıqlamasında sosial şəbəkədə yazdıqlarını təsdiqləyərək ölkəni birdəfəlik tərk edəcəyini deyib:
“Döyüşcü xasiyyəti olan mən Aygünü sındırmaq mümkün deyil. Barışıq artıq mənim gözəlliyimlə, istedadımla, bacarığımla. Ey bir-birini gözü götürməyənlər, nifrət edən yalançı dostlar, yorulmadınız birləşib xalqın sevimli insanlarını gözdən salmağa?
Hər kəs mübahisə edəndə onun kim olduğu o zaman ortaya çıxır. Yaşını, adını dəyişməklə deyil axı. Yaxşı olardı ki, gedib qəlbini və ürəyini dəyişərdin. Allah sizə kömək olsun, ölülər.
Sevənlərimə demək istəyirəm ki, gedirəm. Gedişimin bir məqsədi var - Azərbaycan pop musiqisini göylərə ucaltmaq, dünyaya tanıtmaqdır. Yoxsa burada qalıb söyüşlərə, təhqirlərəmi dözüm? Mənə görə təhqirlərə, alçaltmalara, məruz qaldığınıza görə sizdən, bütün Azərbaycan tamaşaçısından, fanatlarından üzr istəyirəm. Onu unutmayın ki, mən sizə görə yaşayıram. Vətənimə ancaq konsertlərə, dəvətlərə gələcəyəm”.
Xatırladaq ki, Aygün Kazımova keçən həftə sosial şəbəkədə ona qarşı olan şər və böhtanlara dözə bilməyərək Azərbaycanı tərk edəcəyini yazmışdı.