Ötən il 27 683 əcnəbi 48 saat ərzində Azərbaycan ərazisindən çıxarılıb

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin son siyahısı aşıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatında bildirilir ki, ölkədə 199 366 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs var.

Ötən il ərzində 37 608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması müəyyən olunub. Onlardan əsas olduğu üçün 3306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27 683 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 6431 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulma ilə bağlı Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarlarının icrası təmin edilib.

Qeyd edək ki, hökumətin illik hesabatı martın 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri