Bakıda şairi və dostunu bıçaqlayan AYB üzvü tutulub
- 06.03.2015, 15:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd oğlu Məmmədov yaxalanıb.
Qeyd edək ki, H.Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
Xatırladaq ki, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında baş verib.