Fransa DİN-in sabiq rəhbərinə Sarkozi ilə bağlı iş üzrə ittiham irəli sürülüb

Fransa Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Klod Geana Sarkozi ilə bağlı iş üzrə ittiham irəli sürülüb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Le Figaro nəşri məlumat yayıb.

Məlumata görə, Klod Gean vergi ödəməməkdə və Nikolya Sarkozinin 2007-ci ildə seçkiqabağı kampaniyasının Liviya tərəfindən mümkün maliyyələşdirilməsi zamanı “çirkli pulların yuyulmasına” ittiham olunur.

İstintaq Geanın bank hesabındakı 500 min avro qanunsuz yolla əldə olunduğunu iddia edir. Məmur isə bildirib ki, qeyd olunan vəsait onun şəxsi kolleksiyasından iki rəsm əsərinin satılması nəticəsində əldə olunub. Lakin əsərlərin real dəyəri elan edilən məbləğdən xeyli aşağı olduğu müəyyən edilib.

Qeyd edək ki, Klod Gean son üç ildə üçüncü dəfədir saxlanılır. O, 2013-cü ildə korrupsiya qalmaqalı, 2014-cü ildə isə “Adidas” şirkəti ilə bağlı iş üzrə istintaqa cəlb olunmuşdu.
Şərhlər
Dünya bölməsinin xəbərləri