Mart ayının ilk həftəsində paytaxt ərazisində 368 sərxoş sürücü aşkar edilib

Mart ayının ilk həftəsində paytaxt ərazisində pərdə və plyonkadan istifadə edən 105 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, fevral ayının 28-dən mart ayının 7-nə qədər paytaxt ərazisində 18 yol qəzası baş verib. Baş verən qəzalarda 3 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Hesabat dövründə paytaxt Bakıda 17895 sürücü barəsində inzibati protokol tərtib edilib.

Tərtib edilən protokolların 368-ı sərxoş sürücü , 1576-sı işıqforun qırmızı işığında keçmə, 105-i pərdə və plyonkadan istifadə etmə, 25 avtoxuliqanlıq, 3470-i yolayrıcı keçmə qaydasını pozma, 60-ı qəza şəraiti yaratma, 88-i müvafiq sənədi olmadan nəqliyyat vasitəsi idarə etmə, 82-si polisin saxla əmrinə tabe olmama və 2241-i piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.
Şərhlər
Sosial bölməsinin xəbərləri