Hillari Klinton işgüzar yazışma qaydalarını pozmadığını bəyan edib

Hillari Klinton ABŞ dövlət katibi vəzifəsində çalışarkən yazışma qaydalarını pozmadığını bəyan edib.

APA-nın “ABC News”a istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı səslənən ittihamları rədd edən H. Klinton rahatlığı üçün həmişə elektron poçtdan istifadə etdiyini bildirib.

O qeyd edib ki, heç vaxt şəxsi e-mail ünvanından məxfi sənədləri göndərməyib. Klintonun sözlərinə görə, ümumilikdə onun şəxsi e-mail ünvanından 60 min məktub yollanıb və qəbul olunub. Onların yarısı işgüzar, digərləri isə şəxsi xarakterli məktublar olub.

H. Klinton qeyd edib ki, xidməti yazışma artıq Dövlət Departamentindədir, şəxsi məktublar isə silinib.
Şərhlər
Dünya bölməsinin xəbərləri