Qadın satan saytla bağlı araşdırma başlandı - RƏSMİ
- 11.03.2015, 14:03,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi bu barədə məlumat verib
Daxili İşlər Nazirliyi internetdə qadın alveri ilə məşğul olan və müştərilərə lüks eskort xidmətlər təklif edən saytla bağlı araşdırma aparır.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a bildirib ki, sözügedən saytla bağlı nazirlik araşdırma aparır və bu barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, bakuescortgirls.com beynəlxalq domenində yerləşən sayt Azərbaycan vətəndaşlarına eskort qadın xidmətləri təklif edir. Saytda müştərilərə yüksək təhsilli gənc qızların pul qarşılığında eskort xidmətləri sadalanır. Bildirilir ki, qızların qiyməti saatı 300 AZN-dən, bir sutkası 1500 AZN-ə qədər dəyişir: “Bu, adi həyat tərzi sürən gənc xanımlardır. Onlar bəzən eskort-xidmətlər təklif edirlər, çünki zərif cənabların kampaniyasında olmaq maraqlıdır, onlar səyahət etməyi xoşlayır və istənilən ziyarətçinin həyatını bəzəyə bilərlər. Gənc xanımlar təhsillidirlər, onlardan bəziləri hələ də oxuyur, digərləri isə peşəkar model olaraq çalışırlar. Onlar entuziazmla zəngindirlər və sizə istədiyiniz şeyi təklif edə bilərlər”.
Onu da bildirək ki, Kristina Novikova adlı şəxs tərəfindən qeydiyyatdan keçirilən sayt barədə mətbuatda məlumat yayılandan sonra saytın fəaliyyəti dayandırılıb. Sayt qeydiyyata alınarkən verilmiş əlaqə nömrəsinin isə müəyyən edilmədiyi bəlli olub.