Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

APA-nın məlumatına görə, 16 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə keçirilib

İlk qarşılaşma Rusiyada başlayıb. “Zenit” doğma publika önündə İtaliya “Torino”sunu qəbul edib. Sankt-Peterburq klubu 2 cavabsız qolla rəqibinə qalib gəlib.

Qardaş ölkə Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” Belçikada meydana çıxıb. İstanbul nəhənginin rəqibi “Brügge” olub. Hesabı 46-cı dəqiqədə Gökan Törə ilə açan “qara qartallar” qələbəni əldən verib - 2:1.

Günün ən maraqlı oyunları “Volfsburq"la “İnter”, “Vilyarreal”la “Sevilya” və “Fiorentina” ilə “Roma” arasında reallaşıb. Almaniya klubu, Neapol təmsilçisi və “Sevilya” eyni hesablı (3:1) qələbəyə sevinib. Flroensiyada isə qalib məyyənləşməyib - 1:1.


Avropa Liqası
1/8 final, ilk oyunları
12 mart

"Zenit” (Rusiya) - “Torino” (İtaliya) - 2:0
Qollar: Vitsel, 38, Krişkito, 53

“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə) - 2:1
Qollar: de Sutter, 62, Refaelov, 79-pen - Törə, 46

"Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya) - 1:0
Qol: Zozulya, 30

"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya) - 3:1
Qollar: Naldo, 28, de Bruyne, 63; 76 - Palasio, 6

“Everton” (İngiltərə) - “Dinamo” (K, Ukrayna) - 2:1
Qollar: Naysmit, 39, Lukaku, 82-pen - Qusev, 14

"Fiorentina” (İtaliya) - “Roma” (İtaliya) - 1:1
Qollar: İliçiç, 17 - Keyta, 77

“Napoli” (İtaliya) - “Dinamo” (M, Rusiya) - 3:1
Qollar: İquain, 25; 30-pen; 55 - Kuranyi, 2

“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) - 1:3
Qollar: Vietto, 48- Vitolo, 1, Mbya, 26, Qameyro, 50
Şərhlər
İdman bölməsinin xəbərləri