Bakıda daha bir neçə avtoxuliqan saxlanılıb
- 14.03.2015, 19:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində avtoxuliqanlıqla məşğul olan şəxslər tutulub.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda və sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıb. Saxlanılanlardan 3-ü avtoxuliqan, 5-i sərxoş halda nəqliyyat vasitəsini idarə edən, 4-ü isə sənədsiz avtomobil idarə edən şəxslərdir.
Saxlanılan şəxslərin hamısı məhkəmənin qərarı ilə 1 il müddətinə avtomobili idarə etmək hüququndan məhrum ediliblər. Bundan başqa, onları 5 gündən 1 ay müddətinə qədər azadlıqdan məhrumetmə cəzası da gözləyir.