TFF "Qalatasaray" və "Fənərbağça" oyunu ilə bağlı AFFA-ya rəsmi müraciət yollayıb

Turkiye Superkubok Oyunu Azerbaijanda Türkiyə Superkuboku uğrunda keçiriləcək oyun Bakıda keçirilə bilər.


Türkiyə Futbol Federasiyası bununla bağlı AFFA-ya rəsmi məktub ünvanlayıb.


Sənəddə “Qalatasaray” və “Fənərbaxça” komandaları arasında bu il avqustun 11-də baş tutacaq qarşılaşmanın ölkəmizdə keçirilməsi üçün müraciət əks olunub.


AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş edilib.
Şərhlər
İdman bölməsinin xəbərləri