Məşhur meyxanaçı və müğənni arasında qalmaqal

Məşhur meyxanaçı və müğənni arasında qalmaqal ANS telekanalında yayımlanan "A-dan Z-yə" şousu ötən gün də maraqlı hadisələr ilə yadda qalıb.


Live.az-ın məlumatına görə, bu dəfəki verilişin qonağı meyxanaçı Rəşad Dağlı olub. Müğənni Xatun Əliyeva meyxanaçılar barədə proqramdan öncə verdiyi müsahibə zamanı onları bəyənmədiyini bildirib:

"Ümumiyyətcə meyxanaçı dostum yoxdur, nə də mən belə bir insanı sevə bilmərəm. Onların danışıq tərzləri, özlərini aparmaqları xoşuma gəlmir. Meyxana deyərkən kobud sözlərdən istifadə edə bilərlər, amma heç olmasa adi həyatda və ya qadınlarnan belə ünsiyyət qurmasınlar, buna görə mən onlarnan yaxınlıq etmirəm". İfaçının bu sözləri Rəşad Dağlını özündən çıxardıb Xatunun cavabını verib. Daha sonra isə ümumiyyətcə bu mövzuda danışmağı özünə yaraşdırmayıb:

"Bu Xatunun fikirləridir, amma o bunu belə kobud şəkildə bildirməli deyildi. Ən azından meyxana bizim qədim sənətdir, onun bu fikirləri mənimlə yanaşı digər söz ustadları tərəfindən də yaxşı qəbul edilməyəcək".


Qeyd edək ki, bu dəfə ki verilişdə Rəşadın xəbəri olmadan oğlu studiyaya gətirilib. Meyxanaçının övladının verilişdən olan fotolarını sizə təqdim edirik.




Məşhur meyxanaçı və müğənni arasında qalmaqal
Məşhur meyxanaçı və müğənni arasında qalmaqal
Məşhur meyxanaçı və müğənni arasında qalmaqal
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri