Avropa Liqası: "Volfsburq" yenidən italyanlarla üzbəüz

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Beşiktaş"ı mübarizədən kənarlaşdıran "Brügge" qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr"lə qarşılaşacaq. Kiyev "Dinamo"su isə bu dəfə "Fiorentina" ilə münasibətlərə aydınlıq gətirəcək.

Püşkatmanın nəticələri:

“Sevilya” (İspaniya) - “Zenit” (Rusiya)
“Dnepr” (Ukrayna) - “Brügge” (Belçika)
“Dinamo” (Ukrayna) - "Fiorentina” (İtaliya)
“Volfsburq” (Almaniya) - “Napoli” (İtaliya)

Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın oyunları aprelin 16-sı və 23-də keçirilcək.
Şərhlər
İdman bölməsinin xəbərləri