Fransua Olland Bakıya gəlir
- 21.03.2015, 18:41,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa Prezidenti Fransua Olland aprelin 24-25-də Yerevana və Bakıya səfəri zamanı azərbaycanlı və erməni həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir bildirib.
Hazırkı status-kvo Azərbaycanın və Ermənistanın maraqlarına cavab vermir.
O, qeyd edib: "Buna görə də respublikanın Prezidenti diplomatik təşəbbüslərin yenilənməsinə kömək etməyi arzulayaraq, 27 oktyabr 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit çağırmışdı. Bu görüş zamanı ilk humanitar addım - itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılıq əldə olunmuşdu".