Bakıda 16 yaşlı qız özünü 17-ci mərtəbədən atmaq istəyib
- 29.05.2013, 22:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 16 yaşlı qız intihara cəhd edib.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Qusar rayon sakini, 16 yaşlı Könül Qurbanova binanın 17-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində K. Qurbanovanı fikrindən döndərmək mümkün olub və intiharın qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.