Bakıda özəl klinikada ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb
- 23.03.2015, 14:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.
Xatırladaq ki, Trend öncədən məlumat vermişdi ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb.
Ana uşağı qeysəriyyə əməliyyatı zamanı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.
“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını Trend-ə təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.