Türkiyədə prokurorluq orqanları Bülənt Arınc və Melih Gökçək haqqında araşdırmaya başlayıb
- 24.03.2015, 16:53,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ankara Cümhuriyyət Baş Prokurorluğu baş nazirin müavini Bülənt Arınc və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək haqqında araşdırmaya başlayıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, prokurorluq B.Arınc haqqında vəziyə səlahiyyətlərindən sui-istifadə və cinayəti gizlətmək, M.Gökçək haqqında isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və mənimsəmə iddiaları əsasında araşdırma aparacaq.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd probleminin həlli üçün hökumətin təşkil etdiyi 6 nəfərdən ibarət “izləmə heyəti” haqqında xəbəri olmadığını bildirərək, bu heyətin təsis ediləcəyi təqdirdə belə bunun səhv addım olduğunu bəyan edib. Buna cavab olaraq baş nazirin müavini, hökumət sözçüsü Bülənt Arınc ölkə prezidentinin televiziya qarşısına çıxaraq belə bir açıqlama verməsinin doğru olmadığını deyərək, bundan sonra kürd probleminin demokratik həllinin prezidentin deyil, hökumətin işi olduğunu bildirib: “Prezidentimizi sevirik, gücünü bilirik, amma unutmayın ki, bu ölkədə bir hökumət var”.
Bundan sonra Ankara Böyükşəhər Bələdiyyə başqanı Məlik Gökçək B.Arıncı işlətdiyi ifadəyə görə istefaya çağırıb. O, “Twitter">Twitter” hesabında B.Arınca “Səni istəmirik” yazaraq, onun istefa verməli olduğunu yazıb, onu F.Gülənin rəhbərlik etdiyi “paralel dövlət”lə əməkdaşlıqda günahlandırıb, qızı və kürəkəninin F.Gülənin ən fəal tərəfdarları sırasında yer aldığını bildirərək, onu hakim partiyadan və hökumətdən istefa verməyə çağırıb.
Martın 23-də axşam saatlarında Nazirlər Kabinetinin toplantısından sonra mətbuat konfransı keçirən B.Arınc isə M.Gökçəki tərbiyəsiz adlandırıb, onu bələdiyyə seçkiləri dövründə “paralel dövlət”lə əməkdaşlıq etməkdə, zəngin iş adamlarına F.Gülənin təsir dairəsində olan məktəblərin tikintisi üçün Ankarada torpaq ayırmaqda ittiham edib. Eyni zamanda parlament seçkilərindən sonra M.Gökçəklə bağlı 100 məsələni ictimaiyyətə açıqlayacağını bəyan edib.
M.Gökçək “Twitter”dəki son cavabında baş nazirin müavini ilə məhkəmədə hesablaşacağını açıqlayıb.