“ASAN xidmət”də xidmətlərin sayı artırılıb
- 19.03.2013, 13:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, 2.2.-nin 4.6-cı və 4.7-ci bəndlər əlavə edilib.
Bu əlavələrə görə, "ASAN xidmət" mərkəzlərində aşağıdakı bank xidmətləri, cari bank hesablarının açılması, valyuta mübadiləsi, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, inzibati xətalara dair cərimələrin qəbulu, sığorta xidmətləri həyata keçiriləcək.
Əlavəyə görə, "ASAN-xidmət", həmçinin avtomobillərin sığortası, daşınmaz əmlakın sığortası, hüquqi yardım xidmətləri, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi, məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi, bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər, tibb xidmətləri, tibbi arayışların verilməsi, ilkin tibbi yardım göstərilməsi, rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər, real vaxt rejimində növbənin tutulması, vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması, "Asan xidmət" mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması, e-asan bölməsi vasitəsi ilə "Asan xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili, mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişi, kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsini reallaşdıracaq.