Fransada qəzaya uğrayan təyyarənin ikinci pilotu depressiyadan əziyyət çəkib

Fransada qəzaya uğrayan “A320” təyyarənin ikinci pilotu Andreas Lubits depressiyadan əziyyət çəkib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Spiegel nəşrinin müxbiri məlumat yayıb.

“4U9525 saylı reysin ikinci pilotunun dostlarının məlumatına görə, Andreas Lubits 2009-cu ildə depressiya səbəbindən təhsildə fasilə edib”, deyə jurnalist pilotun dostlarına istinadən bildirib.

Müəyyən müddətdən sonra Lubits “Lufthansa”nın təlim mərkəzində təhsilini davam etdirib və 2013-cü ildə pilot qismində uçuşlara cəlb edilib.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində, 150 nəfər ölüb.

Qeyd edək ki, Marsel şəhərinin prokuroru Bris Roben bu gün təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.

O köməkçi pilotun təyyarəni qəsdən aşağı sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə baş pilotun kabinəni tərk etməsindən sonra baş verib.

Prokuror bildirib ki, yardımçı pilot qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb. Bris Robenin sözlərinə görə, 20 dəqiqə davam etmiş uçuş zamanı pilotlar normal söhbət edib, onların danışığında heç bir şübhəli məqam qeydə alınmayıb.

Qeyd edək ki, polis bir az əvvəl qəzaya uğrayan “A320” təyyarənin ikinci pilotu Andreas Lubitsin evinə baxış keçirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri