Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi baş verib

Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı ölüm hadisəsi qeydə alınıb.

Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib. Hüquq-mühafizə orqanları faktı təsdiqləyərək bildiriblər ki, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalovdur. İdmançı Quba rayonundan olub.

Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

Qeyd edək ki, ölüm hadisəsi 27 mart saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində qeydə alınıb.
Şərhlər
İdman bölməsinin xəbərləri