Türkiyədə dövlət çevrilişində ittiham olunan 236 nəfər bəraət alıb
- 31.03.2015, 22:38,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbul məhkəməsi vəkillərin vəsadətlərini təmin edərək "Gürz" ("Balyoz") dövlət çevrilişi planı haqqında iş üzrə 236 nəfərə bəraət verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bəraət almışlar arasında sabiq yüksək rütbəli hərbçilər, siyasətçilər və jurnalistlərin adı var.
Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb.
Xatırladaq ki, "Balyoz" işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.