Fransada “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi plagiatlıqda ittiham olunur

1915-ci ildə assuriyaların Osmanlı imperiyasında soyqırımına məruz qaldığını iddia edən fransalı deputat Valeri Buaye plagiatlıqda ittiham olunub.

APA-nın Avropa bürosunun məlumatına görə, yerli mətbuat bu il martın 11-də Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edən V. Buayenin müvafiq bilgilərin hamısını internetdən, “Wikipedia”dan götürdüyünü iddia edib.

Fransanın aparıcı KİV-ləri deputatın “plagiat” cəhdini foto və linklərlə sübut ediblər.

Qeyd edək ki, bu il martın 11-də “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi V. Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edib. Qanun layihəsində “Pontik yunanların soyqırımı”, “1916-cı ilin Says Piko sazişi və Diyarbəkir qətliamları” və “1923-cü il Lozanna sazişi” kimi məsələlər yer alıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri