Azərbaycanda ödəniş terminallarında stasionar rabitə xidmətlərinin ödənişi dayandırılıb

"MilliÖN" və "eManat" ödəniş terminallarında "Bakı Telefon Rabitəsi" və "Aztelekom" istehsalat birliklərinin stasionar rabitə xidmətlərinin ödənişi dayandırılıb.

Bu məlumatı Trend-ə "Komtec" ("MilliÖN" ödəniş sistemlərinin quraşdırılması və servis xidməti üzrə texniki mərkəz) və "Modenis" ("eManat" özünəxidmət terminallar şəbəkəsinin sahibi) şirkətlərindən təsdiq ediblər.

"Komtec" şirkətindən vurğulayıblar ki, bu servisin göstərilməsi texniki səbəblərdən qeyri-mümkün görünür, hazırda bu problemin aradan qaldırılması üzərində iş gedir.

Hər iki şirkətdən xidmətin bərpa edilmə tarixini açıqlamaqda çətinlik çəkiblər, belə ki, aparılan işlər çətindir və buna vaxt tələb olunur.

Hazırda dövlət operatorlarının xidmətlərinin ödənişi "ExpressPay" terminallarında mümkündür. Stasionar telefoniya xidmətlərinə görə abonent ödənişləri "Azərpoçt" MMC-nin poçt rabitəsi şöbələrində də qəbul edilir.

"MilliÖN" ödəniş terminallarının paytaxtın yeraltı keçidlərində istismardan çıxarılması məsələsini şərh edərkən "Komtec" şirkətindən vurğulayıblar ki, bu, müvəqqətidir və profilaktik tədbirlərlə əlaqədardır, çünki onlardan bəziləri yararsız vəziyyətə düşüb.

"Modenis" şirkətindən isə deyiblər ki, ödəniş terminallarının yeraltı keçidlərdə istifadəsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti səviyyəsində qəbul edilməlidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri