İstanbulda girovluqdan azad edilən prokuror xəstəxanada dünyasını dəyişib
- 01.04.2015, 03:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulda terrorçuların girov götürdüyü prokuror Mehmet Selim Kiraz xəstəxanada dünyasını dəyişib.
APA-nın xəbərinə görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, həkimlərin səyinə baxmayaraq, prokurorun həyatını xilas etmək mümkün olmayıb.
***
İstanbulda terrorçuların girov götürdüyü prokuror Mehmet Selim Kiraz yaralı olaraq azad edilib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbulun polis rəisi Selami Altınok azadetmə əməliyyatı zamanı iki terrorçunun məhv edildiyini deyib.
Polis rəisi deyib ki, bu gün Türkiyə vaxtı ilə saat 12.36 radələrində terrorçular prokurorluğun binasına girib və prokurorun otağına daxil olublar.
Polis rəisi 8 saat terrorçularla danışıqlar aparıldığını qeyd edib:“Təəssüf ki, terrorçularla danışıq aparılarkən girov götürülmüş prokurorun otağında silah səsləri gəlib, bundan sonra əməkdaşlarımız, təhlükəsizlik qüvvələri əməliyyat keçiriblər”.
Polis rəisi prokurorun ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini də qeyd edib.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu da əməliyyat barədə məlumatlandırılıblar.