İstanbulda polis idarəsinə silahlı hücum edilib, ölən və yaralanan var
- 01.04.2015, 23:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulun Vətən prospektində yerləşən polis idarəsinə silahlı hücum törədilib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, atışma zamanı hücum edənlərdən bir nəfər öldürülüb. Məlumata görə, idarəyə yaxınlaşan bir qadın və iki kişi binanın girişindəki nəzarət məntəqəsində olan təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Təhlükəsizlik əməkdaşlarının açdığı cavab atəşi nəticəsində hücumda iştirak edən qadın məhv edilib, digər iki terrorçu isə hadisə yerindən qaçıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. "Doğan" xəbər agentliyi atışma zamanı iki polisin yaralandığını bildirib.
Hazırda hadisə yerinə aparan yollar nəzarətə götürülüb. Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub.
İstanbul valisi Vasip Şahin hücumun bir qadın və iki kişi tərəfindən təsdiqləyib. Onun sözlərinə görə, atışma nəticəsində üzərində partlayıcı qurğu və silahın olduğu terrorçu qadın öldürülüb: “Digər silahlılar yaralanaraq hadisə yerindən qaçıb. Atışma zamanı bir polis yüngül yaralanıb”.