SOCAR prezidenti: "Neftin qiyməti 2017-ci ilədək 80-90 dollara qalxacaq"

SOCAR prezidenti: "Neftin qiyməti 2017-ci ilədək 80-90 dollara qalxacaq" 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsi normal haldır.

APA-nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

"50 dollar götürməklə ehtiyatla yanaşmaq lazımdır. 2016-cı ildə gərək ehtiyatla davranaq. Tendensiyaya nəzər salanda görmək olar ki, neft bir neçə il bahalaşır, bir neçə il ucuzlaşır. Məsələn, son 20 illik diaqramda eyni vəziyyət təkrar olunur", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidentinin proqnozlarına görə, neftin qiyməti "2017-ci ilədək 80-90 dollara qalxacaq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri