Valid Muallem: Bəşər Əsəd prezidentlik müddətinin sonuna kimi postunda qalacaq

Suriya Prezidenti Bəşər Əsəd 2014-cü ildə başa çatacaq prezidentlik müddətinin sonuna kimi öz postunda qalacaq.


Trend-in məlumatına görə, çərşənbə günü Suriyanın xarici işlər naziri Valid Muallem "Əl-Məyədin" telekanalına bildirib.
Onun sözlərinə görə, Suriya lideri, ola bilsin ki, növbəti dövlət başçısı seçkilərində də namizəd olacaq.


Nazir müxalifəti "Cenevrə-2" görüşündə iştirak etmək üçün şərtlər irəli sürdüyünə görə ittiham edib. Həmin şərtlərdən biri duşmənçilik edən tərəflər arasında hər hansı dialoqun başlanmasından əvvəl Əsədin getməsidir ki, Muallem onu qəti surətdə rədd edib.


Eyni zamanda, xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Dəməşq ilkin şərtsiz "Cenevrə-2" görüşündə iştirak edəcək. O qeyd edib ki, beynəlxalq konfransa yola düşmək üçün, hökumət nümayəndə heyətinin tərkibini müəyyən etməlidir.
"Biz ora xeyirxah niyyətlərlə və ümidlə gedəcəyik" deyən Muallem vurğulayıb ki, bu görüşdə münaqişəyə son qoymaq üçün real imkan olacaq:
"Cenevrədə keçiriləcək konfransın nəticəsinə görə əldə olunan bütün razılaşmalar ümumi referenduma çıxarılacaq".
O, həmçinin ABŞ-ı Suriyanın daxili işlərinə "yolverilməz müdaxilə"də ittiham edib: "Suriyanı kimin idarə edəcəyi amerikalıları narahat etməməlidir. Yalnız suriyalılar özləri öz taleləriini idarə edəcəklər.
Şərhlər
Dünya bölməsinin xəbərləri