"Ziraat Bank Azərbaycan" 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayır
- 06.04.2015, 14:56,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 2-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Ziraat Bank Azərbaycan" ASC-nin səhmlərini dövlət qeydiyyatına alıb.
Komitədən APA-ya verilən məlumata görə, qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən 50 000 ədəd adi sənədsiz adlı səhmlərin hər birinin nominal dəyəri 1 000 manat təşkil edir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.