"Su axtaranlar", "Bir varmış bir yokmuş" və "Sevastopol uğrunda döyüş" filmlərinin nümayişi başlanıb

"Su axtaranlar", "Bir varmış bir yokmuş" və "Sevastopol uğrunda döyüş" filmlərinin nümayişi başlanıb Nizami Kino Mərkəzində Rassel Krounun “Su axtaranlar”, “Bir varmış bir yokmuş” və “Sevastopol uğrunda döyüş” filmlərinin nümayişi başlanıb.

Aprelin 2-dən etibarən Nizami Kino Mərkəzində “Su axtaranlar”, “Bir varmış bir yoxmuş ” və “Sevastopol uğrunda döyüş” filmlərinin nümayişi başlanıb.

Türkiyə rejissoru İlksen Başarırın çəkdiyi “Bir varmış bir yokmuş” filmi romantik hekayə janrındadır.

İbtidai sinif müəllimi işləyən Nehir günlərin birində təsadüfən dinlədiyi mahnıdan çox təsirlənir. Mahnını çox bəyəndiyindən, onun bəstəkarı Ozanı tapmağı qərara alır. Ozanı tapdıqda, onun dərin travma keçirdiyini və çıxışı olmayan yol ayrıcında qaldığını başa düşür. Bir tərəfin qətiyyətliliyi, digər tərəfin həyat çırpıntıları içində yaranmış eşq xoşbəxt sonluqla bitəcəkmi?

Filmdə baş rolları Mert Fırat, Melisa Sözen, həmçinin Hare Sürel, Mustafa Uzunyılmaz, Judit Liberman, Onur Şirin, Anıl Altınöz və Göktay Tosun ifa edirlər.

Növbəti, Amerika, Avstraliya və Türkiyə istehsalı olan “Son umid-Su axtaranlar” filmini Hollivud ulduzu Rassel Krou Endryu Nayt və Endryu Anastasiosun ssenarisi əsasında hərbi dram janrında çəkib.

Film, bir avstraliyalının Birinci Dünya Müharibəsi vaxtı şəhid olmuş oğullarının cəsədlərini axtarıb tapmaq üçün Qallipoli yarımadasına getməsindən bəhs edir. Bu insan, özü də bilmədən, itirdiyi ümidini heç fikirləşmədiyi yerdə tapır. Filmdəki hadisələr 1919-cu ildə baş verir.

Baş rollarda Rassel Krou, Cay Kortni, Olqa Kurilenko, İzabel Lukas, Deymon Herriman, Jaklin MakKenzi, Rayan Korr, Meqan Qeyl, Cem Yılmaz və Yılmaz Ərdogan çəkiliblər.

Hərbi dram, melodram və döyüş janrında olan “Sevastopol uğrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitski ekranlaşdırıb.

Film, əfsanəvi snayper Lyudmila Pavliçenkonun şərəfli həyat yolundan bəhs edir. Əsgərlər onun adını qışqıraraq döyüşə gedir, düşmənlər isə ona tələ qururdular. Hərb meydanında ölüm və əzab görən qadın üçün əsl sınaq müharibənin onun əlindən ala biləcəyi sevgisi olub. Bunların öhdəsindən çəlimsiz qadın gələ bilərmi?

Rollarda Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko çəkiliblər.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri