Bəşər Əsəd C-300 hava hücumundan müdafiə sisteminin ilk partiyasını aldıqlarını açıqlayıb

Suriya prezidenti Bəşər Əsəd Rusiyadan C-300 hava hücumundan müdafiə sisteminin ilk partiyasını aldıqlarını açıqlayıb.


APA-nın xəbərinə görə, B. Əsəd bu açıqlamanı Livandakı “Hizbullah” şiə qruplaşmasına məxsus “Əl Manar” peyk televiziyasına müsahibəsində deyib. Hələlik telekanal müsahibənin kiçik bölümünü yayıb.



İsrail hökumətindən “Reuters”ə bildirilib ki, C-300 kompleksinin B. Əsədin əlində olub-olmadığını araşdırılır. Daha əvvəl İsrailin müdafiə naziri Moşe Yaalon C-300 sistemlərinin Suriya rejiminin əlinə keçməsi halında İsrailin bu ölkəyə zərbə endirəcəyinə işarə vurmuşdu.

Şərhlər
Dünya bölməsinin xəbərləri