Azərbaycanda problemli kreditlərin həcmi 1,1 mlrd. manata çatıb
- 14.04.2015, 15:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2015-ci il martın 1-nə ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 mlrd. manat ekvivalenti məbləğində kredit ayırıb.
Dövlət Statistika Komitəsindən APA-y verilən məlumata görə, verilmiş kreditlərin həcmi 2014-cü il mart ayının 1-i ilə müqayisədə 32,1% artıb, onun 78,2%-i və ya 16,2 mlrd. manatı uzunmüddətli olub.
Kreditlərin 1,1 mlrd. manatının və ya 5,5%-nin ödəmə vaxtı keçib.