Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Live.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.

Ötən mövsümün finalçıları “Atletiko” və “Real” Madrid derbisində üz-üzə gəlib. Meydan sahibləri həmin həlledici qarşılaşmadakı 1:4 hesablı məğlubiyyətin qisasını almağa çalışsa da, yekunda rəqib qarşısında aciz qalıb. Belə ki, "Atletiko" derbi oyununda qolsuz heç-heçəyə razılaşıb.


Günün digər matçı İtaliyanın Turin şəhərində keçirilib. Appenin nəhəngi “Yuventus” knyazlıq təmsilçisi “Monako”nu sınağa çəkib. İlk hissəsində qol olmayan qarşılaşmanın taleyini 11 metrlik cərimə zərbəsindən bir top həll edib.

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşmaları aprelin 22-də baş tutacaq.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
14 aprel

“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 0:0

Baş hakim: Milorad Majiç (Serbiya)
Madrid. “Visente Kalderon” stadionu


“Yuventus” (İtaliya) – “Monako” (Fransa) - 1:0

Qol: Arturo Vidal, 57 (pen.);
Baş hakim: Pavel Kralovets (Çexiya)
Turin. “Yuventus” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri