“Son zəng” günü Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
- 30.05.2013, 15:02,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanının əksər rayonlarında da mayın 31-də gündüz əsasən yağmursuz hava olacağı, lakin gecə bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.