Mübariz Qurbanlı: “Qəbirlər adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olacaq”

Mübariz Qurbanlı: “Qəbirlər adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olacaq” “Yas mərasimləri ilə bağlı vip-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb, hazırda Nazirlər Kabinetində baxılır”.

APA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

M. Qurbanlı bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb: “Layihədə təklif edilir ki, qəbirlər adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.
Şərhlər
Sosial bölməsinin xəbərləri