Promotur çərçivəsində Elnur daha üç ölkəyə səfər edəcək

Promotur çərçivəsində Elnur daha üç ölkəyə səfər edəcək Azərbaycanın “Eurovision 2015” təmsilçisi Elnur Hüseynov may ayında müsabiqənin ikinci yarımfinalında çıxışından qabaq Avropa promoturu çərçivəsində daha üç ölkəyə səfər edəcək. Elnur artıq Riqada və Budapeştdə olub və orada həm yerli mətbuatla ünsiyyətdə oldu, həm müsabiqə həmkarları ilə tanış oldu.

İndi isə azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır. Amsterdamda illik tədbir - «Eurovision in Concert» axşamı keçiriləcək ki, bu tədbirə 20-dən çox müsabiqə iştirakçısı qatılacaq. Moskvada Elnur 10 ifaçı ilə bərabər müsabiqə öncəsi konsertdə çıxış edəcək.

Aprelin 20-də Elnur Belçikanın Qent şəhərini ziyarət edəcək. O, Belşçikanın «MENT TV» kanalının efirində klipini təqdim edəcək və telekanalın jurnalistlərinə müsagibə verəcək. daha sonra o, Hallestdə «TV-Limburg» kanalıda «Hour of the Wolf» müsabiqə mahnısını ifa edəcək. Belçikanın paytaxtı Brüsseldə isə Azərbaycan nümayəndəsini Belзika təmsilзisi Loik Notte bilə «Sony Music Belgium» ofisində gözləyir.

Aprelin 22-də Belзikadan Elnur Yunanıstana gedəcək. Burada o, Yunanıstanda və Kiprdə populyar olan «To Proino Mou» səhər şousunda müsahibə verəcək. Bundan əlavə, onu «Hello! Magazine» jurnalı və başqa Yunanıstan mediaları üçün fotosessiya və müsahibə gözləyir.

Promoturda final nöqtəni Elnur 26-27 apreldə Tbilisidə (Gürcüstan) qoyacaq. Burada o, səhnədə müsabiqə mahnısını ifa edəcək, həmçinin də «deep house» stilində konsert təqdim edəcək.

Aprelin 27-də Elnur Gürcüstanın səhər şousunda iştirak edəcək və «Fortuna» radiosunun, «Music Box» telekanalının və başqa yerli mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında «Hour of the Wolf» mahnısını təqdim edərək Azərbayvcanı təmsil edəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri