Joze Mourinyo “Çelsi” ilə 4 illik müqavilə bağlayıb

Joze Mourinyo “Çelsi” ilə 4 illik müqavilə bağlayıb Dünyanın ən yaxşı məşqçilərindən biri sayılan Joze Mourinyonun “Çelsi”yə qayıdışı reallaşır.



Ingiltərə mətbuatı portuqaliyalı mütəxəssisin artıq London klubu ilə 4 illik müqavilə imzaladığını yazıb.



Son 3 ildə madrid “Real”ını çalışdıran Mourinyonun köhnə-yeni komandasında ildə 10 milyon funt sterlinq alacağı bildirilir. Ancaq “Çelsi” bu xəbəri hələ təsdiqləməyib.



Qeyd edək ki, Mourinyo 2004-2008-ci illərdə çalışdırdığı londonluları ilk 2 mövsümdə çempion etməklə, uzun müddətlik intizara son qoydu.
Şərhlər
İdman bölməsinin xəbərləri