Sərnişinlər daha rahat salonda uça biləcəklər (VİDEO)

Sərnişinlər daha rahat salonda uça biləcəklər (VİDEO) Sərnişinlər artıq “ekonom-klass” salonunda da rahat oturacaqlardan istifadə edə biləcəklər.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, sərnişinlərin narahatlığı ABŞ-ın Nəqliyyat Nazirliyini bu barədə düşünməyə vadar edib.

“Airbus” şirkəti “Aircraft Interiors Expo 2015” sərgisində “ekonom-klass” salonu üçün yeni konfiqurasiyalı “Airbus 380” laynerini nümayiş etdirib. Yeni salonlarda cərgədəki oturacaqların sayının on deyil, on bir olmasına baxmayaraq onlar daha geniş və rahat olacaq.

Yeni konfiqurasiyalı təyyarələr 2017-ci ildən satışa çıxarılacaq.


Şərhlər
Maraqlı bölməsinin xəbərləri