“Ailəli olanda da hamı qəribə baxırdı...”- Röya
- 19.04.2015, 19:16,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Röya Ayxan “Gündəlik” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, müğənni kişi dostları haqda danışıb:
“Diqqət sevən, küsəyən dostam. Dostlarımın çoxu kişilərdir, ona görə mən diqqətsizlik edəndə gözə görünmür. İki-üç qadın dostum var. Halım pis olanda kişi dostuma yazıram. Dostlarım da deyir ki, yaxşı ki, evimizdə hamı səni çox istəyir və gecə yazmağını pis başa düşmürlər. Düşünürəm ki, dərdimi kişiyə desəm, sirr kimi qalacaq və mən də rahat olacam. O, mənə düzgün yol göstərəcək. Mən həyəcanlı insanam, sakit dayana bilmərəm. Ailəli olanda da gecə 3-də paltarımı geyinirdim ki, Samirə filan şey olub, ora getməliyəm. Hamı mənə qəribə baxırdı. Unudurdum ki, ailəm var, mənə söz gələr”.